İcarəyə verilir obyekt 7 401 m², Ulduz m.
Ziya Bünyadov prospekti yaxınlığında 7 401 m² anbar kompleksi icarəyə təklif olunur.
Bakının strateji və logistika baxımından əlverişli nöqtələrindən birində yerləşən bu obyekt böyük biznes, anbar və istehsalat fəaliyyəti üçün ideal seçimdir.
Ümumi sahəsi 7 401 m² olan ərazidə 12 ayrı anbar binası mövcuddur. Anbarlardan 11-nin hündürlüyü 5,2 metr, döşəməsi isə asfalt örtüklüdür. Digər isə 7,3 metrdir və beton döşəməyə malikdir. Bu da ağır yüklərin saxlanılması və istehsalat fəaliyyəti üçün əlverişli şərait yaradır.
Obyekt 175 kV elektrik gücü və ehtiyat generator sistemi ilə təchiz olunub. Bu isə iş prosesinin fasiləsiz davam etməsinə imkan yaradır.
Anbarların tavan və fasad hissələri davamlı profnastil materialdan hazırlanıb. Girişlər mexaniki jalüzlərlə təchiz olunub.
Təhlükəsizlik baxımından ərazidə 300 tonluq su anbarı ilə dəstəklənən yanğınsöndürmə sistemi quraşdırılıb. Bundan əlavə, obyekt 24/7 videomüşahidə sistemi və mühafizə otağı ilə təmin olunub.
Ərazidə daxili və xarici parklanma imkanları mövcuddur. Həmçinin obyektə mərkəzi kanalizasiya sistemi çəkilib.
İD: 537791
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın